Qeydiyyatla bağlı yeni layihə tətbiq olunacaq

23:33 15 Fevral 2016

2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb.

Yarandığı ildən etibarən futbolla məşğul olan bütün şəxslərin qeydiyyatı mərkəzləşdirilmiş qaydada AFFA-nın Qeydiyyat və Statistika şöbəsi tərəfindən aparılır. Hazırda AFFA tərəfindən FİFA Connect platforması - onlayn qeydiyyat sisteminin tətbiq edilməsi üzrə işlər gedir. 2016/17-ci il mövsümündən bu qeydiyyat sisteminin tətbiq olunması nəzərdə tutulur.
Tətbiq olunacaq FİFA Connect proqramı aşağıdakı üstünlüklərə malikdir:
Qeydiyyat mərkəzləşdirilmiş qaydada deyil, onlayn aparılacaq.
Sistemə keçid AFFA saytında olacaq.
Klub və komandalar aşağıdakı qeydiyyat prosesini özləri aparacaq:
- klubun ilkin qeydiyyatı
- yeni oyunçuların qeydiyyatı
- transferlər
- heyət yenilənmələri
FİFA Connect proqramı hər bir üzv federasiyaya futbolla məşğul olan şəxslərin sistemli şəkildə qeydiyyatının aparılmasına kömək edir. FİFA Connect proqramının videoprezentasiyasının aşağıdakı keçid linkini diqqətinizə çatdırırıq:
http://www.fifa.com/
Yeni qeydiyyat sisteminin adlandırılması ilə bağlı təkliflərinizi [email protected] ünvanına göndərə bilərsiniz.


Xəbər xətti