"Qalatasaray"ın əfsanəsi geri qayıdır

00:11 16 Fevral 2016

“Qalatasaray”ın əfsanəsi Georgi Haci komandanın baş məşqçisi ola bilər.

Sportarena.az xəbər verir ki, “Aslanlar” Türkiyə çempionatının sonuncu turunda “Mersin İdman Yurdu”na 1:2 hesabı ilə məğlub olub. 

Komandanın məğlubiyyəti klubun rəhbərliyi tərəfindən kadr dəyişikliyi etməyə məcbur olub. Beləliklə, idman direktoru Cenk Ergünün vəzifəsindən uzaqlaşdırılmasından sonra rəhbərliklə Mustafa Dənizli arasında olan münasibətlər pozulub. 

Rəhbərlik Mustafa Dənizlinin qarşısına şərt qoyub. UEFA Avropa Liqasında “Latsio” ilə oynanılacaq qarşılaşmada İstanbul təmsilçisi uduzarsa, Dənizlinin istefaya gedəcəyi gözlənilir. Həmçinin Cenk Ergünün “kluba geri dönəcəm” deməsi təcrübəli mütəxəssisin vəzifəsindən gedəcəyinə işarədir.


Digər xəbərlər

Xəbər xətti