Sosa "Beşiktaş"a həyat verdi

00:29 18 Fevral 2016

Türkiyə Super Liqasının 18-ci turundan təxirə salınan "Beşiktaş" - "Mersin" matçı baş tutub.
Sportarena.az xəbər verir ki, oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə hücumlarını artıran "Beşiktaş" klubu istəyinə 74-cü dəqiədə çatıb. Joze Sosanın vurduğu qol "ağ- qaralar"a səfərdə 3 xal qazandırıb.
Qeyd edək ki, 21 turdan sonra 1 oyun az keçirən "Beşiktaş" 2-ci pillədə qərarlaşıb və lider "Fənərbaxça" ilə arasındakı xal fərqi 1-dir.


Digər xəbərlər

Xəbər xətti