Şahin Diniyev: "Ədalətli nəticə deyildi"

17:05 19 Fevral 2016

“İlk öncə “İnter” komandasını təbrik edirəm. Bir neçə oyun idi ki qələbə qazana bilmirdi bu komanda. Amma, mənim fikrimcə bu nəticə komandam üçün ədalətli deyildi.  Mənim komandam daha yaxşı oyun sərgilədi. Futbolçularıma təşəkkür edirəm belə gözəl oyun nümayiş etdirdikləri üçün”.

Sportarena.az xəbər verir ki,  bu sözləri Azərbaycan Premyer Liqasının XXII turunda baş tutan “İnter” – “Kəpəz” matçından (1:0) sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev deyib.

Baş məşqçi komandanın ardıcıl iki oyunu məğlub olmasından da danışıb:

“Əlbəttə bu oyunda məğlub olmaq istəmirdik. Liderlər qrupunda qalmaq istəyirdik, amma əfsuslar olsun ki bundan istifadə edə bilmədik. Oyun sistemimizdə irəliləyişlər çoxdur. Bizim məqsədimiz sadəcə olaraq yolumuza davam edib, uğurlu nəticələr qazanmaqdır. Bu nəticələri unutmalıyıq və irəli doğru baxmalıyıq”.


Xəbər xətti