Qran Pri turnirində güləşçilərimizdən 1 qızıl, 1 gümüş medal

12:18 20 Fevral 2016

Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçirilib. 
Sportarena.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri 1 qızıl və 1 gümüş medala sahib olub.

86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Rusiya, Macarıstan, Almaniyadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda London Olimpiadasının bürünc medalçısı Dato Marsaqaşvilidən üstün olan güləşçimiz finala yüksəlib. Finalda ABŞ təmsilçisini də məğlub edərək turnirin qızıl medalına sahib olub. 125 kq-da mübarizə aparan Səid Həmidov Özbəkistan, Qazaxstan və Almanyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə uduzaraq turnirin gümüş medalına yiyələnib. 61 kq çəki dərəcəsində təmsilçimiz Əhmədnəbi Qvarzatilov ilk görüşündə erməni əsilli Rusiya idmançısı üzərində inamlı qələbə qazansa da, növbəti görüşdə Rusiyadan digər təmsilçi Bekxan Qoyqereyevə uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz təsəlliverici görüşə qatılıb. Daha bir Rusiya təmsilçisi ilə qarşılaşma bu dəfə də Qvarzatilovun xeyrinə tamamlanıb. Bürünc medal uğrunda 57 kq-da son Dünya çempionu gürcü Vladimir Xinçeqaşviliylə gərgin keçən görüşdə uduzan güləşçimiz turniri 5-ci sırada tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti