Məşqçilər Komitəsi yığmanın üzvləri ilə görüşüb

15:19 20 Fevral 2016

AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov, Vaqif Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb, komandaya müvafiq tövsiyələrini veriblər.

Sportarena.az xəbər verir ki, daha sonra baş katib Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirib, U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq.

affa.az


Digər xəbərlər

Xəbər xətti