Boksçularımız Kliçko ilə görüşdülər

23:27 22 Fevral 2016

Boks üzrə milli komandamız ABŞ-a təlim-məşq toplanışına yollanıb.

Sportarena.az xəbər verir ki, martın 3-dək davam edəcək hazırlıq prosesində on bir boksçu iştirak edəcək. Millimizin heyətində Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yer alıblar.

İdmançılarımız Almaniyanın Frankfurt aeroportunda dünya şöhrətli boksçu Vlitali Kliçko ilə görüşərək xatirə şəkli çəkdiriblər.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti