"Barselona" - "Sevilya" matçı "Santyaqo Bernabeu"da keçirilməyəcək

01:28 23 Fevral 2016

"Barselona" və "Sevilya" arasında İspaniya Kubokunun final matçı mayın 22-də Madriddə, "Atletiko"nun ev oyunlarını keçirdiyi "Visente Kalderon" stadionunda keçiriləcək.

Daha əvvəl bildirilirdi ki, "Barselona" final matçının "Santyaqo Bernabeu"da keçirilməsini istəyir. Ancaq mayın 21-də "Real"ın stadionunda musiqiçi Bryus Sprinqstinin konserti olacaq.

"Visente Kalderon"un tutumu final matçından əvvəl təhlükəsizliklə bağlı bir az azaldılacaq. Oyunu 55 min yox, 52 min tamaşaçı izləyəcək.


Digər xəbərlər

Xəbər xətti