"Qəbələ" və "Rəvan" klubları cəzalandırıldı

12:57 23 Fevral 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının XXII turunda yol verilən qayda pozuntuları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun baş məşqçisi Tofiq Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 500 manat cərimələnib.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Rəvan” – “Qəbələ” matçında “Rəvan” klubunun 4, “Qəbələ” klubunun 5 futbolçusu  sarı vərəqə ilə cəzalandığı  üçün hər iki klub 500 manat cərimə olunub.


pfl.az


Digər xəbərlər

Xəbər xətti