Luis Enrike: "Belə komandanı çalışdırmaq asandır"

14:18 23 Fevral 2016

"Arsenal"la matç öncəsi mətbuat konfransında çıxış edən "Barselona"nın baş məşqçisi Luis Enrike maraqlı açıqlama ilə yadda qalıb.

Sportarena.az xəbər verir ki, baş məşqçi belə futbolçularla çalışmağın çox asan olduğunu bildirib:
"Barselona"nln bir hissəsi olduğuma görə çox xoşbəxtəm. Bu komanda qələbə qazanmaqdan doymur. Belə futbolçuları çalışdırmaq çox asandır. Hər kəs bizim hədəfimizi bilir. Lionel Messi harda oynamasından asılı olmayaraq ən yaxşıdır. O komandanın lideridir" - deyə Enrike bildirib.


Digər xəbərlər

Xəbər xətti