"Qəbələ" turnirin qalibi oldu

16:55 23 Fevral 2016

“Bakcell U-14 Elit Kuboku” turnirinə yekun vurulub.

Sportarena.az xəbər verir ki, bir il əvvəl olduğu kimi turnirin final oyununda “Qəbələ” ilə “İnter” üz-üzə gəlib. Həlledici matça qədər keçirdiyi bütün oyunlarda qalib gələn “qırmızı-qaralar” bu dəfə də rəqibindən güclü olub. Bayıl stadionundakı oyuna 3:1 hesabı ilə qalib gələn komandamız ardıcıl ikinci dəfə kubokun sahibi olub. 
Xatırladaq ki, yarışa A qrupunda başlayan “Qəbələ” Qərb yığmasını 3:1, Şimal Elit yığmasını 5:0, “Sumqayıt”ı 2:0, 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi” PFK-nı 3:2 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti