"Komandamdan daha yaxşı oyunlar gözləyirdim" - Siyasət Əsgərov

15:34 25 Fevral 2016

Bu gün 17 yaşadək qızlardan ibarət milli komandamız Macarıstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib.

Sportarena.az xəbər verir ki, hər iki oyunda məğlub olan milli komandamızın baş məşqçisi Siyasət Əsgərov matçdan sonra məğlubiyyəti belə şərh edib:

“İlk oyunda futbolçularda həyəcan vardı. Bununla belə, ilk 20 dəqiqədə yaxşı oynadığımızı düşünürəm. Ancaq sonradan yarımmüdafiənin mərkəzində buraxdığımız səhvlər qapımıza daha çox hücumla nəticələndi və rəqib yaratdığı imkanlardan istifadə edib qələbə qazandı. İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik. Təəssüf ki, son nöqtəni qoya bilmirdik. İlk oyunla müqayisədə rəqib daha az hücum təşkil etdi. Belə hücumların birində standart vəziyyət zamanı səhv etdik və qol buraxdıq. Komandamız yenidən formalaşıb və müəyən səhvlər etməsi normaldır. Amma ümumi götürdükdə, komandamdan daha yaxşı oyunlar gözləyirdim”.

affa.az


Xəbər xətti