"Azərbaycan yığması ilk dəqiqələrdən üstünlüyə yiyələndi"

00:39 26 Fevral 2016

17 yaşadək futbolçulardan ibarət millimiz yoldaşlıq matçında Rusiya yığmasını 1:0 hesabı ilə məğlub edib.
 
 Rusiya millisinin baş məşqçisi Sergey Matveyev qarşılaşmaya belə şərh verib: 
 
“Azərbaycan yığması ilk dəqiqələrdən üstünlüyə yiyələndi. Nümayiş etdirdiyi oyuna görə rəqibimiz qələbəyə layiq idi. Onlar bu matçda özlərinə daha çox güvənirdilər. Müdafiədə də inamlı oynadılar və bizə təhlükəli vəziyyətlər yaratmağa imkan vermədilər.
 
Komandamın çıxışına gəldikdə, bildiyiniz kimi, bir neçə gündən sonra Avropa çempionatının elit-raundunda mübarizəyə başlayacağıq. Ona görə də Bakıya gətirdiyim bütün futbolçulara oynamaq imkanı yaratdım. Nəticədə oyun intizamımız pozuldu”.


Digər xəbərlər

Xəbər xətti