Baş hakimə qırmızı vərəqə göstərən futbolçu cəzalandırıldı

00:51 27 Fevral 2016

Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi qərar qəbul edib.

Keçən həftə keçirilən “Qalatasaray”- “Trabzonspor” qarşılaşmasında baş hakim Dəniz Atəş Bitnelə qırmızı kart göstərən Salih Dursuna 3 oyunluq diskalifikasiya və 13 min lira pul cəzası verilib.

Bu barədə qərarı Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsi qəbul edib.

Komitə eyni zamanda “Trabzonspor”un qırmızı vərəqə alan futbolçuları Aykut Dəmirə 3 oyun, Cavandaya isə 2 oyundan diskalifikasiya edib.


Xəbər xətti