AFFA-dan "Kəpəz"ə cəza: 1 oyun oynamaycaq

12:42 1 Mart 2016

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında, Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında baş vermiş qayda pozuntuları ilə bağlı müəyyən qərarlar qəbul edilib.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, əvəzedici heyətlərin XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçının 71-ci dəqiqəsində “Kəpəz” klubunun 14 nömrəli futbolçusu Fərid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti