Azərbaycan Kubokunun final oyunu Gəncədə

14:36 1 Mart 2016

Futbol üzrə Azərbaycan Kubokunun final oyunu Gəncə şəhər stadionunda keçiriləcək. 

Sportarena.az xəbər verir ki, bu barədə Klublar Komitəsinin sədri Fikrət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, stadionun təmirə bağlandıqdan sonra"Kəpəz" klubu ev oyunlarını başqa bir stadionda keçirəcək. F. Hüseynovun sözlərinə görə, stadion Azərbaycan Kubokunun final oyununa qədər hazır vəziyyətə gətiriləcək.
  
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 25-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti