"Qalatsaray" yarımfinala yüksəldi

00:25 3 Mart 2016

Bu gün Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyularında "Qalatasaray" klubu "Akhisar" ilə qarşılaşıb.


Sportarena.az xəbər verir ki, "Qalatasaray" bu gün keçirilən cavab matçında, doğma meydanda "Akhisar" klubunu qəbul edib. İlk oyun səfərdə 2:1 hesabı ilə "Akhisar"a qalib gələn "aslanlar" bu gün keçirilən matçda 1:1 hesablı bərabərlik əldə edib. İki oyunun nəticəsinə görə yarımfinala yüksələn komanda "Qalatasaray" olub. 

 

Qeyd edək ki, Türkiyə kubokunda sabah 1/4 final mərhələsində daha 2 oyun, "Fənərbaxça" - "Amed Sportiv" və "Konyaspor" - "Beşiktaş" matçları keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti