Oliç Xorvatiya millisindən getdi

12:11 3 Mart 2016

Xorvatiyalı hücumçu İvisa Oliç milli komanda karyerasını başa vurduğunu elan edib. 

 

Sportarena.az xəbər verir ki, hazırda "Hamburq"da çıxış edən 36 yaşlı futbolçunun Xorvatiya millisində 104 oyunda 20 qolu var.

 

Qeyd edək ki , Xorvatiya milli komandası yayda Avropa çempionatında iştirak edəcək. Bu komandanın qrup mərhələsində rəqibləri Türkiyə , Çexiya və İspaniyadır.


Xəbər xətti