Gimnastika Federasiyası ardıcıl 2 il fərqlənənlər siyahısında

15:13 3 Mart 2016

Azərbaycan Gimnastika Federasiyası iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. 

Sportarena.az xəbər verir ki, 2015-ci il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin 24-25 fevral tarixlərində (İsveçrə) federasiyanın Lozannadakı baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.

Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10 mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında,  FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.  


Xəbər xətti