Karlos Dunqa Kakaya da dəvət göndərdi

11:51 4 Mart 2016

"DÇ-2018"də Braziliya millisinin Uruqvay və Paraqvaya qarşı keçirəcəyi oyun üçün heyətləri açıqlanıb.

Sportarena.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlos Dunqa 23 futbolçuya dəvət göndərib. Bu futbolçular arasında 33 yaşlı yarımmüdafiəçi Kakanın da adı yer alıb:

Qapıçılar: Alisson ("İnternasional"), Dieqo Alves ("Valensiya"), Marselo Qroe ("Qremio").

Müdafiəçilər: David Luis, Markinyos (hər ikisi PSJ), Miranda ("İnter"), Felipe Luis ("Atletiko" Madrid), Jil ("Şandun Lunen"), Danilo ("Real" Madrid), Daniel Alveş ("Barselona"), Aleks Sandro ("Yuventus").

Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Luis Qustavo ("Volfsburq"), Oskar, Villian (hər ikisi "Çelsi"), Lukas Lima ("Santos"), Renato Auqusto ("Beyszin Quoan"), Kaka ("Orlando Siti"), Filippe Koutinyo ("Liverpul"), Duqlas Kosta ("Bavariya")

Hücumçular: Rikardo Oliveyra ("Santos"), Halk ("Zenit"), Neymar ("Barselona").


Xəbər xətti