Türk futbolçu Çin klubunda debüt matçında 2 qol vurdu

16:55 4 Mart 2016

"Beşiktaş"dan Çinin "Hebey Çin Fortuna" klubuna transfer olan Ərsan Gülüm debüt matçında uğursuzluqla üzləşib.


Sportarena.az xəbər verir ki, ilk oyununu "Quandjou" klubuna qarşı keçirən türk futbolçu debüt matçında 2 qola imza atıb. Lakin futbolçu bu qollardan birini öz qapısına vurub.
Belə ki, matçın 11-ci dəqiqəsində rəqibin cərimə zərbəsindən vurduğu topu Gülüm səhvən öz qapısına göndərib. Bundan sonra həvəsdən düşməyən futbolçu matçın 28-ci dəqiqəsində topu rəqib qapısından keçirərək hesabı 1:1 edib.

Qeyd edək ki, matç "Hebey Çin Fortuna"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti