UEFA-nın yeni baş katibi bəlli oldu

22:54 4 Mart 2016

Avropa futbol qurumunun sabiq baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçildiyi üçün qurumun baş katibi vəzifəsinə yeni seçkilər keçirilib.

Sportarena.az xəbər verir ki, martın 4-də UEFA-nın İcraiyyə Komitəsi tərəfindən qurumun yeni baş katibi seçilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Teodor Teodoridis yeni baş katib təyin olunub. 2008-ci ildən UEFA-da fəaliyyət göstərən T.Teodoridis yeni vəzifəyə seçilənədək baş katibin müavini kimi işləyib.

Qeyd edək ki, UEFA-nın növbəti konqresi isə mayın 3-ə nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti