"Xəzər Lənkəran" - AZAL matçında insident: azarkeş stadiona girdi - FOTOLAR

15:51 5 Mart 2016

Azərbaycan Premyer Liqasının XIV turunda keçirilən "Xəzər Lənkəran" - AZAL matçından sonra insident yaşanıb.

Sportarena.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, matçdan sonra "Xəzər Lənkəran"ın yaşlı bir azarkeşi stadiona daxil olaraq hakimlərin üzərinə şığıyıb. Azarkeş, hakimin oyunda AZAL-ın qapısında təyin etdiyi cərimə zərbəsindən sonra oyundankənar vəziyyət qeydə almasına və və matçı düzgün idarə etməməsinə narazılıq edib. 
Hakimlərin üzərinə gedən azarkeşi, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov və polis işçiləri sakitləşdirib.


Digər xəbərlər

Xəbər xətti