Tərlan Əhmədov: "... hakim oyunu düzgün idarə etmir"

16:22 5 Mart 2016

“Lənkərana qələbə qazanmaq üçün gəlmişdik. Lazım olan 3 xalı qazandıq. Çalışırıq turnir cədvəlində daha yaxşı yerlərdə qərarlaşaq. Bu oyunda qələbə qazandığımız üçün futbolçularıma təşəkkürümü bildirirəm”.

 

Sportarena.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, bu sözləri Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında deyib.

 

Baş məşqçi hakimin oyunda qəbul etdiyi qərarlara aqressiv reaksiya göstərməsini belə izah edib:

“Biz məşqçilər qıraqdan baxırıq, amma hakimlərin öz qərarları var. Hakim epizodlara bizdən daha yaxın olur. Lakin hər bir baş məşqçi istəyir ki, komandası qələbə qazansın. Ona görə də, hakimlərin qərarlarına aqressiv reaksiya göstərirlər. Məndə hər oyunda belə qaressivlik olur. Bu o demək deyil ki, hakim oyunu düzgün idarə etmir. Sadəcə mən komandamın qələbə qazanmasını istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti