Bəhmən Həsənov: "Orada penaltidən söhbət gedə bilməz"

17:48 9 Mart 2016

"Bu görüşdə ən azı heç-heçə etmək istəyirdik. Ancaq qapımıza təyin olunan penalti planları pozdu. Həmin epizodda penaltidən söhbət gedə bilməz. Amma artıq gecdir. "İnter"i qələbə münasibəti ilə təbrik edirəm".


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "İnter"ə 3:0 hesabı ilə məğlub olan "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.


Baş məşqçi qol vura bilməmələrinin səbəbini komandanın hücumçu çatışmamazlığı ilə əlaqələndirib: 

"İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. "İnter"in cinahlardan qurulan hücumları bizi çətin vəziyyətə salırdı. Bizim cəmi bir hücumçumuz var ki, o da hazırda formada deyil. Bundan sonra Premyer Liqada daha yaxşı çıxış edib, çempionatda qalmağa çalışacağıq".


Xəbər xətti