Avropa çempionatında bu gün daha 4 idmançımız mübarizə aparacaq

10:26 11 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 

 

Sportarena.az xəbər verir ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. 


Çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq. 


58 kq
1/8 final - Veranika İvanova (BLR) - Natalya Sinişin 


69 kq
1/8 final - Gözəl Zutova - Dalma Caneva (İTA)  


70 kq
1/8 final - Azamat Nurikau (BLR) - Gitinomaqomed Hacıyev 


125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Vladislav Baytçaev (RUS) 


Xəbər xətti