"Kəpəz" - "Xəzər Ləmkəran" və "Qəbələ" - "Zirə" matçlarını idarə edəcək hakimlər müəyyənləşdi

12:13 11 Mart 2016

Azərbaycan Premyer Liqasında XXV turun hakim təyinatları açıqlanıb.


Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqamızın XXV turunda  keçiriləcək matçları aşağıda adları qeyd olunmuş hakimlər idarə edəcək.


13 mart (bazar)


“Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər:
Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev
Gəncə şəhər stadionu, 15:00


“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov
“Kapital Bank Arena”, 17:30 (canlı/CBC Sport)


AZAL – “Neftçi”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov 
AZAL Arena, 15:00


“Qəbələ” – “Zirə”
Hakimlər:
Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov 
Qəbələ şəhər stadionu, 15:00 (canlı/CBC Sport)


“İnter” – “Rəvan”
Hakimlər:
Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov 
“İnter Arena”, 15:00


Xəbər xətti