"Beşiktaş" Sosanı əvəzləyəcək futbolçunu tapdı

14:55 11 Mart 2016

Mövsüm sonunda "Beşiktaş"dan ayrılacağı gözlənilən Xose Sosanın yerinə "qartallar" yeni oyunçu transfer etməyə çalışırlar.


Sportarena.az xəbər verir ki, bu il komandadan ayrılacağı gözlənilən Sosanın yerinə rəhbərlik Almaniya Bundesliqasında çıxış edən "Ştutqart" klubunun futbolçusu Daniel Didavini transfer etmək istəyir. 


Qeyd edək ki, bu mövsüm Bundesliqada "Ştutqart" formasıyla 29 matça çıxan futbolçu 9 qol vurub və 5 asist ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti