David Trezege: "Azərbaycanda uşaqlarla işləmək çox vacibdir"

17:30 11 Mart 2016

"Bakıda olmaqdan böyük zövq aldım. Şəhərin gözəlliyinə heyran oldum. Biz "Yuventus" komandası olaraq düşünürük ki, belə gözəl ölkədə futbolun inkişafı üçün işlər görmək lazımdır". 


Sportarena.az xəbər verir ki, bu sözləri İtaliya "Yuventus"unun əfsanəvi futbolçusu David Trezege deyib.


O bildirib ki, Azərbaycana da investisiya qoymaq və işləməyi qərara alıblar:
"Azərbaycanda uşaqlarla işləmək çox vacibdir. Ümidvaram ki, layihə çərçivəsində uşaqlar daha çox əylənəcəklər. "Yuventus" gələcəkdə peşəkar səviyyədə oynaya biləcək futbolçular və gənclər yetişdirə bilər. Eyni zamanda, "Yuventus"un prezidenti adından fanatları təbrik edir, uşaqlara uğurlar arzulayıram. Ümidvaram ki, bura tezliklə qayıdacağam".


Daha sonra D.Trezegeyə arxasında "Baku" yazılmış 16 nömrəli forma təqdim olunub.(Report)


Xəbər xətti