Bakıda keçirilən boks turnirində 1-ci yarış gününə yekun vurulub

21:46 11 Mart 2016

Bakıda start götürən kişi boksçuların “İpək yolu” turnirində birinci yarış gününə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan boksçuları ilə yanaşı Ukrayna, İran, Gürcüstan və İsrail idmançılarının mübarizə apardığı turnirdə əvvəlcə 56, 60, 69 və 81 kiloqram çəki dərəcələrində görüşlər keçirilib.

 

Çempionatda 56 kiloqram çəki dərəcəsində gürcüstanlı Merab Turkadze ukraynalı Vyaçeslav Vetoşkin, Cavid Çələbiyev isə Tayfur Əliyevə qalib gəlib. Yarışda 60 kiloqram çəkidə isə iranlı Rza Kalantari ukraynalı rəqibi Vitaliy Solyaniki məğlub edib. Altmış doqquz kiloqram çəki dərəcəsində ilk günün qalibləri isə israilli Tomer Yadqarov və ukraynalı Sergey Boqaçuk olublar. Onlar müvafiq olaraq iranlı və gürcüstanlı rəqiblərini məğlubiyyətə uğradıblar.

 

Çempionatda 81 kiloqram çəki dərəcəsində keçirilən yeganə qarşılaşmada isə iranlı boksçuların duelində Cavad Zöhrəvand qələbə qazanıb.


Xəbər xətti