Buffondan yeni rekord

12:55 12 Mart 2016

"Yuventus"un qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.

 


Sportarena.az xəbər verir ki,  Buffon "Sassulo" ilə matçda qapısını toxunulmaz saxlayaraq klubun əfsanəvi qapıçısı Dino Zoffun 903 dəqiqəlik rekordunu yeniləyib.

 

Qeyd edək ki, İtaliya A Seriyasında ən uzun toxunulmazlıq "Milan"ın qolkiperi Sebastian Rossiyə aiddir. O, 1994-cü ildə 929 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarmışdı.


Digər xəbərlər

Xəbər xətti