"Real" "Bayer"in futbolçusu üçün danışıqlara başladı

13:33 12 Mart 2016

Almaniyanın "Bayer" klubunun müdafiəçisi Vendell karyerasını "Real"da davam etdirə bilər.


Sportarena.az "AS" qəzetinə istinadən xəbər verir ki, Madrid klubunun nümayəndələri futbolçunun transferi barədə "Bayer"in rəhbərliyi ilə danışıqlara da başlayıb. Malumata görə 22 yaşlı braziliyalı futbolçu "Real" klubuna 35 milyon avroya başa gələcək. 

 

"Bayer"in futbolçusu bu barədə verdiyi açıqlamada yayılan xəbərləri təkzib etməyib:"Əlbəttdə, "Real" mənim üçün marağlandığı üçün şadam. Amma mən hələ "Bayer"dəyəm. Ümid edirəm ki, bu keçid reallaşacaq. Hər bir futbolçu "Real" kimi bir klubda oynamaq istəyər".


Digər xəbərlər

Xəbər xətti