PSJ çempionluğun bir addımlığında

14:12 12 Mart 2016

Fransanın PSJ klubu Liqa 1-in bitməsinə 8 tur qalmış çempionluğunu elan edə bilər.


Sportarena.az xəbər verir ki, PSJ Fransa çempionatının XXX turunda "Troya" ilə qarşılaşmasında qələbə qazanacağı təqdirdə çempionluğunu bayram edəcək.

Belə ki, əldə edəcəyi qələbə sayəsində xal sayını 77-yə yüksəldən klub, ikinci yerdə qərarlaşan "Monako" ilə xal fərqini 25-ə çıxaracaq. Bu da PSJ-yə çempion olmasına imkan yaradacaq.


Qeyd edək ki, Loran Blanın komandası son 3 mövsüm Fransa çempionluğunu bayram edir.


Xəbər xətti