"İnter"in yenilənmiş saytı istifadəyə verildi

17:11 12 Mart 2016

 Bu gün “İnter Arena”da “İnter”PİK-in yenilənmiş rəsmi saytının təqdimat mərasimi keçirildi. 

Klubun prezidenti Rəşad Qasımov təqdimata toplaşan qonaqları salamladı və tədbir barədə qısa məlumat verdi. Cənab Qasımov ötən ilin iyun ayınadək müəyyən çətinliklərlə qarşılaşan “İnter”PİK-in fəaliyyət göstərməsi üçün verilən qərara görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi, komandanın Azərbaycan Beynəlxalq Bankının, eləcə də AzeriCard şirkətinin maliyyə dəstəyi sayəsində respublika çempionatında mübarizəsini davam etdirmək imkanını qazandığını vurğuladı.

Sonra klub prezidenti saytın açılışını etmək üçün “İnter”FK-nın futbolçuları-Ruslan Əmircanovu, İlkin Qırtımovu və Fuad Bayramovu salona dəvət etdi. Futbolçularımız tədbir iştirakçılarının alqış sədaları altında salona daxil oldular. Qonaqları salamlayan Ruslan Əmircanov yenilənmiş saytın istifadəçilər tərəfindən bəyəniləcəyinə ümid etdiklərini açıqladı. Sonra hər üç futbolçu simvolik qırmızı düyməni basaraq yenilənmiş saytın açılışını elan etdilər.

Futbolçulara təşəkkürünü bildirən cənab Qasımov qonaqları sayt barədə hazırlanmış videoçarxa baxmağa dəvət etdi. Sonra klubun mətbuat katibi Səbuhi Məmmədov yenilənmiş sayt haqqında ətraflı məlumat verdi. 


Digər xəbərlər

Xəbər xətti