Milli komandamız Afrika çempionatının ilk günün medalsız başa vurdu

13:40 13 Mart 2016

Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatı keçirilir. 


Sportarena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 9 üzvü mübarizə aparıb.


Ölkəmizi təmsil edən Rasim Əlməmmədov (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal uğrunda görüşlərdə uduzaraq turnirdə 5-ci olublar.


Oruc Vəlizadə (60 kq) və Tərlan Kərimov (66 kq) isə 7-ci yerlə kifayətlənib.


Qeyd edək ki, 59 ölkədən 310 (202 kişi, 108 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 17 idmançı ilə təmsil olunur.


Xəbər xətti