Yığmamız Riqada üçüncü oldu

23:22 13 Mart 2016

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. Yığma komandalarımız çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. 

Yunan-Roma güləşi üzrə yarışlarda güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Ümumilikdə, 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü pillədə qərarlaşıb. 

Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan qadın güləşçilərimiz isə komanda hesabında 4-cü yeri tutub. Qadın güləşçilərimizin heyətində Mariya Stadnik və Nataliya Sinişin qızıl, Yuliya Ratkeviç bürünc medala sahib olub. 

Çempionatı 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 1 bürünc (Hacı Əliyev) medalla tamamlayan sərbəst güləş yığmamız isə komanda hesabında 5-ci sırada qərarlaşıb. 


Xəbər xətti