İbranın iştahı: "Eyfel qülləsinin yerində heykəlimi qoyun"

00:53 15 Mart 2016

Fransanın “PSJ” klubunun və İsveç millisinin hücumçusu Paris klubu ilə müqavilənin müddətinin artırılması ilə bağlı qeyri-adi təklif edib.

Sportarena.az xəbər verir ki, İsveçli hücumçu bu açıqlama ilə Parisdə qalmayacağını deyib:

“İnanmıram ki, onlar (klub rəhbərliyi) Eyfel qülləsini mənim heykəlimlə əvəz etsinlər, lakin onlar bunu etsələr, onda mən Parisdə qalaram. Hazırki durum onu göstərir ki, mən gələn mövsüm PSJ-nin oyunçusu olmayacağam”.

Qeyd edək ki, İbrahimoviçin klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Ötən gün Fransa çempionatının 30-cu turunun oyunları keçirilib. PSJ səfərdə turnir cədvəlində sonuncu yerdə qərarlaşan “Trua” ilə qarşılaşıb. PSJ-nin ulduzu Zlatan İbrahimoviç 9 dəqiqəyə het-trik edib. Ümumi hesab isə 9:0 olub. Beləliklə, bu oyun Fransa çempionatında tarixə düşüb. PSJ səfərdə ən böyük hesablı qələbə qazanan ilk komanda olub. İbrahimoviç isə son 14 mövsüm ərzində 13 dəfə top-5 liqanın çempionu olub. Hazırda 77 xalı olan PSJ ən yaxın təqibçisi, ikinci pillədəki “Monako”nu 25 xalla qabaqlayır.


Xəbər xətti