Millimiz UEFA-nın turnirində iştirak edəcək

19:10 17 Mart 2016

Martın 18-dən 22-dək Bakıda təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 23-dən 28-dək Maltanın Valletta şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. 

 

Sportarena.az xəbər verir ki, Malta, Lixterşteyn və Belarus millisinə qarşı oyunlar keçirəcək yığma komandamız, bu görüşlər üçün aşağıda adları qeyd olunmuş 20 futbolçuya dəvət göndərib:

 

Seymur Əliyev, Fərid Nadirov, Hüseyn Hüseynzadə, Xaqani Sadıqov, Şakir Seyidov, Nicat Məmmədov, Nicat Mehbalıyev, Tahir Zeynalov, Kamran Quliyev, Bəşir Ayralov, Sultan Mustafayeva, Fərid Mahmudov, Soltan Mürşüdov, Hüseyn Əhmədov, Vüsal Mustafayev, Zahid Mərdanov, Əmrah Zülfüqarlı, Elvin Cəfərquliyev, Elton Əlibəyli və Əli Hacıyev

 

24 mart

16:15. Azərbaycan – Lixtenşteyn
 
26 mart 

13:30. Azərbaycan – Malta
 
28 mart

13:30. Azərbaycan – Belarus
 
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
 


Xəbər xətti