İlham Əliyevə Avropa çempionatının açılış mərasiminin bileti təqdim olundu

00:48 20 Mart 2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. Burada dövlətimizin başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub.

Çempionatın ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2012-ci ilin martında İstanbulda UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Çempionatın 16 komandanın qatılacağı final mərhələsinin bütün oyunları Bakıda keçiriləcək. 

Bu mötəbər yarışların təşkilinə 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, qeydiyyat, qonaqpərvərlik, tibb, nəqliyyat və digər məsələlər daxildi .


Digər xəbərlər

Xəbər xətti