"Yuventus" gənc ulduzunu 100 milyona satır

12:54 20 Mart 2016

"Yuventus" ulduz futbolçusu Pol Poqbanı mövsüm sonunda sata bilər.

 

Sportarena.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus" futbolçunu 100 milyon avroya satışa çıxaracaq. Komanda bu satışdan əldə olunan gəlirlə PSJ-dən Edison Kavani,  "Zenit"dən Axel Vitzel və "Real"dan İskonu transfer etmək niyyətindədir. 

 

Qeyd edək ki, Poqba ilə "Mançester Siti, "Çelsi", "Real",  "Barselona" və PSJ klubları yaxından maraqlanır.


Digər xəbərlər

Xəbər xətti