Hollandiya millisinin baş məşqçisi: "Azərbaycan yığmasındakılar əsl peşəkarlardır"

13:37 23 Mart 2016

Futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusvild Dünya Çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirdikləri ilk pley-off matçı barəsində açıqlama verib. 


Sportarena.az xəbər verir ki, baş məşqçi komandasının 1:5 hesablı məğlubiyyəti ilə bağlı bunları deyib: 
"Realist olmalıyıq. Mən oyunun  ilk hissəsində belə bir rəqiblə mübarizə apara bilməyəcəyimizi hiss edirdim. Amma sonradan vəziyyətin dəyişdiyini gördüm. Çoxlu səhvlərə yol verdik. Millimizlə Azərbaycan yığma komandası arasındakı fərq ondadır ki, rəqibin heyətində peşəkarlar çıxış edir. Futzalçılarımız yaxşı oynayırlar. Amma Azərbaycan yığmasındakılar əsl peşəkarlardır. Artıq bizim hədəfimizə çatmağımız - dünya çempionatına vəsiqə qazanmağımız demək olar ki, mümkünsüzdür. Səfər matçında da əlimizdən gələni etməyə çalışacağıq. Amma hesab arasındakı fərq kifayət qədər böyükdür".


Digər xəbərlər

Xəbər xətti