Müsəlman futbolçu: "Bizi İŞİD-lə qarışdırmayın"

12:57 27 Mart 2016

Belçika millisinin və "Tottenhem" klubunun üzvü Mussa Dembele Brüsseldə törədilən ardıcıl terror hadisələrindən sonra açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, müsəlmən futbolçu açıqlamasında İŞİD terror qruplaşmasını tənqid edib.

"Yaşanan hadisələr hamını məyus edib. Bu, müsəlmanlara da çox pis təsir edir. Terrorçular müsəlman olduqlarını iddia edə bilməzlər. Onlar dinimizə ləkə sürtməyə çalışır. Buna görə də günahsız insanlara zülm edirlər. Cihad etdiyini iddia edən İŞİD üzvləri bizim də düşmənimizdir və bizi də öldürürlər. Onlarla bizi qarışdırmayın".


Qeyd edək ki, Brüsseldə törədilən terror aktı zamanı 34 nəfər ölmüş 250-dən çox insan isə yaralanmışdı.


Xəbər xətti