Fransa millisinin sabiq futbolçusu: "Milli komanda Benzema olmadan istədiyinə çata bilməz"

13:41 27 Mart 2016

Fransa milli komandasının sabiq hücumçusu Djibril Cisse Kərim Benzema haqqında verdiyi açıqlamada maraqlı fikirləri ilə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı futbolçu, Valbuenanı şantaj etdiyinə görə milli komandadan uzaqlaşdırılan Benzemanın Fransa yığmasına lazım olduğunu bildirib. 

"Valbuena məsələsi" Fransa millisi üçün etik problemdir? Bu doğru qərar deyil! Bu məsələ hələ də öz həllini tapmayıb. Benzema olmadan Fransa millisi "Avro-2016"da istədiyi performansını göstərə bilməyəcək. Kərim Benzema Fransa millisinə bu turnirdə ən çox lazım olan futbolçulardan biridir".

 

Qeyd edək ki, Djibril Cisse 2002/11-ci illər ərzində Fransa millisində çıxış etmişdir. O, milli ilə keçirdiyi 41 rəsmi matçda 9 qola imza atmışdır.


Xəbər xətti