"Xəzər Lənkəran"la oyuna "Sumqayıt" iki ciddi itki ilə çıxacaq

15:44 28 Mart 2016

Mart ayının 29-u əvəzedicilərin çempionatında XXVII turun oyunları çərçivəsində "Sumqayıt" klubu "Xəzər Lənkəran"ı qəbul edəcək.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın əvəzediciləri bu gün "Kapital Bank Arena"da son məşqini keçirib və Lənkəran təmsilçisi ilə oyuna tam hazırdır. 


Cəza səbəbindən Nurlan Əhmədov, zədə səbəbindən isə Elvin Yunusov bu qarşılaşmada meydana çıxa bilməyəcək.


Qeyd edək ki, "Sumqayıt"la "Xəzər Lənkəran"ın əvəzediciləri arasındakı oyun martın 29-da saat 14:00-da "Kapital Bank Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti