El Klassikodan əvvəl Ronaldo Türkiyəyə yollanır

23:55 29 Mart 2016

Madrid "Real"ının forvardı Kriştiano Ronaldo "Barselona" ilə oyundan əvvəl Türkiyəyə yollanacaq. 
 
Sabah İstanbulda  4,5G texnologiyasının təqdimatı keçiriləcək. Portuqaliyalı futbolçu bunun tərəfdaşlarından biridir.
 
"Türk Telekom"  mobil operatorunun Ronaldo ilə maliyyə razılaşması haqda hər-hansı məlumat verilmir.Lakin burada məbləğin bir neçə milyon dollardan getdiyi aydındır.
 
Xatırladaq ki, "Barselona" - "Real" qarşılaşması şənbə günü baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti