"Qalatasaray"ın sabiq futbolçusuna 1 illik cəza

14:08 31 Mart 2016

"Qalatasaray"ın sabiq müdafiəçisi Emmanuel Ebue FİFA tərəfindən cəzalandırıldı.

 


Sportarena.az xəbər verir ki, 33 yaşlı müdafiəçi keçmiş menecerinə olan borcunu ödəmədiyinə görə FİFA tərəfindən 1 il müddətinə futboldan uzaqlaşdırılıb. 


Lakin FİFA-nın qərarına əsasən futbolçu il ərzində menecerinə olan borcunu ödəyəcəksə, verilmiş cəza ləğv olacaq. 


Qeyd edək ki, hal-hazırda "Sanderlend klubuna məxsus olan futbolçu, 2011/14-cü illərdə "Qalatasaray"ın heyətində çıxış etmişdi. O, "Qalatasaray" forması ilə 2 dəfə ölkə çempionu, 2 dəfə superkubok və 1 dəfə Türkiyə kubokunu qazanmışdır.


Xəbər xətti