Fernando Alonso Bəhreyndə yarışa bilməyəcək

22:51 31 Mart 2016

“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi, ikiqat dünya çempionu, hazırda “McLaren Honda” komandasının heyətində yarışan Fernando Alonso Bəhreyn Qran-prisində iştirak edə bilməyəcək.

Buna səbəb idmançının səhhətində yaranan problemdir. İspaniyalı pilot Bəhreyn Beynəlxalq Halqasının həkimləri tərəfindən yoxlamadan keçirilib və testin nəticələri mənfi olub. Həkimlər onun yarışda iştirakını tibbi cəhətdən qeyr-məqbul hesab ediblər. Onu McLaren-in ehtiyatda olan pilotu Ştoffel Vandorn əvəzləyəcək.

Xatırladaq ki, 34 yaşlı F.Alonso Avstraliya Qran-prisində avtomobili saatda 200 kilometr sürətlə idarə edərkən qəzaya düşüb. 


Xəbər xətti