"Messi, səni o ayaqqabılarla döyərik"

10:58 1 Aprel 2016

Argentina yığmasının və "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Misirdə qalmaqalla üzləşib. 

 


Sportarena.az xəbər verir ki, Messi Misir telekanalının birində xeyriyyə tədbirinə qatılıb. Argentinalı hücumçunun veriliş zamanı aparıcıya butslarını hədiyyə etməsi ölkədə böyük səs-küyə səbəb olub.

 


Belə ki, aparıcı satışa çıxarılması üçün futbolçunun butsunu ondan alıb. Həmin butsun satışından əldə ediləcək gəlir isə yoxsul insanlara veriləcək.

 

Misirdə ayaqqabı hədiyyə etmək böyük təhqir sayıldığı üçün, Messinin bu hərəkəti Misir siyasətçilərini hiddətləndirib. 

 

"Messi, səni o ayaqqabılarla döyərik. Biz də ayaqqabılarımızı Argentinaya hədiyyə edirik. Ayaqqabıları işinə görə Messinin özünə lazım olur. İnsanlarımızın onun yardımına ehtiyacı yoxdu. Aparıb öz ölkəsinə versin. Orda da çox kasıb var", - deyə ölkənin siyəsətçiləri Messini tənqid ediblər.


Digər xəbərlər

Xəbər xətti