Qadın güləşçilərimizdən 2 medal

21:08 1 Aprel 2016

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 

 

Sportarena.az xəbər verir ki, yarışların dördüncü günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş1 bürünc medalla başa vurub. 

 

53 kq çəkidə mübarizə aparan güləşçimiz Leyla Qurbanova ilk görüşdə Rumıniyadan Simona Pricob, ardınca Türkiyədən Fikriye Gök üzərində qələbə qazanıb. Yarımfinalda Ukrayna təmsilçisi Lilya Horişna ilə görüşü uduzan Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə güləşçimiz İsveçdən Sandra Sarkkinen ilə dueldən qalib ayrılıb və çempionatın bürünc medalına sahib olub.  

 

58 kq çəkidə çempionatda iştirak edən Alyona Kolesnik ardıcıl olaraq Moldovadan Ekaterina Rusu və Türkiyədən Derya Bayhanı tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda isə güləşçimiz Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Rəqibinə uduzan Alyona çempionatın gümüş medalı ilə kifayətlənib. 


Digər xəbərlər

Xəbər xətti