Murad Əliyev: "Məşqçilərimin, klubumun, xalqımın üzünü daima ağ etmək istəyirəm!" - VİDEO

16:55 4 Aprel 2016

AAAF TV-nin “Zirvə”çi rubrikasında budəfəki qonaq cudoçu Murad Əliyevdir.

2004-cü il aprelin 1-də Şüvəlan qəsəbəsində anadan olan Murad Əliyev, 9 yaşından idmanla məşğul olmağa başlayıb. 2013-cü ildə “Zirvə” Beynəlxalq İdman Klubuna yazılan Murad, az zaman çərçivəsində adından söz etdirməyi bacarıb. Bakı və Respublika birincisi, Türkiyə Atatürk kubokunun çempionu, müxtəlif birinciliklərin qalibi və mükafatçısı olan gənc cüdoçu, bu uğurlarla kifayətlənmək niyyətində deyil.

Ən yadda qalan döyüşünün Respublika birinciliyində məşq yoldaşı ilə finalda görüşməsi olduğunu deyən Murad, karyerasındakı hədəfini belə açıqlayıb: “Mən hazırda qazandığım uğurlarla kifayətlənmirəm. Məqsədim Avropa, dünya, Olimpiya çempionu olmaq, bununla da məşqçimin, klubumun, ölkəmin üzünü daima ağ etmək istəyirəm”.

Gənc cüdoçunun məşqçisi Hətəm Əhmədov Murada böyük ümidlər bəslədiyini və onunla fəxr etdiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti